Azərbaycan XİN-dən Peterburq terroru ilə bağlı Bəyanat

media-hightechnic-468x90

Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar Xarici İşlər Nazirliyi bəyanat yayıb.

media-banner_tuq

Yeniçağ.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir.”

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05