!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana gələn 2 183 nəfər müayinədən keçirildi - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Astara və Biləsuvar rayonlarının ərazisində İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqələri ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini davam etdirir.

FHN-dən Yenicag.az-a verilən məlumata görə mart ayının 15-nə olan məlumata əsasən, FHN-in peşəkar tibbi briqadası tərəfindən həmin qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 2183 nəfər (670 nəfər Azərbaycan Respublikası, 336 nəfər Rusiya Federasiyası, 1168 nəfər İran İslam Respublikası, 3 nəfər Gürcüstan, 3 nəfər Belarus Respublikası və hər birindən 1 nəfər olmaqla Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Almaniya Federativ Respublikası vətəndaşları) müayinədən keçirilib. Bunlardan Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 1182, Biləsuvar məntəqəsi üzrə 1001 nəfər müayinədən keçirilib. Müayinədən keçənlərdən cəmi 27 nəfərdə, o cümlədən Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 18, Biləsuvar qəbul-çeşidləmə məntəqəsi üzrə 9 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib. Hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində müvəqqəti saxlanılır ki, onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Həmçinin, Astara rayonu üzrə 22 nəfər, Biləsuvar rayonu üzrə 15 nəfər olmaqla cəmi 37 nəfər öz istəklərinə uyğun olaraq xüsusi ayrılmış yerli xəstəxanada karantin şəraitində müvəqqəti qalır.

Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub.

Qəbul-çeşidləmə məntəqələrində müvəqqəti qalan insanlar burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirirlər.

COP29

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv