!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana gətirilən yağlarla bağlı DGK-dan açıqlama

!Reklam – Yazi

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə keyfiyyət göstəriciləri aşağı olan kərə yağlarının ixrac olunması və bu keyfiyyətsiz məhsulların idxalında Dövlət Gömrük Komitəsinin məsuliyyət daşıdığına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Yenicag.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir:

“Ölkəyə idxal edilən bütün növ kərə yağları da ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir. Bu barədə dəfələrlə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, müxtəlif media orqanları vasitəsilə, sahibkarlarla və media nümayəndələri ilə görüşlər zamanı ətraflı məlumat verilsə də bəzi kütləvi informasiya vasitələrində hələ də ölkəmizin gömrük orqanlarının fəaliyyətini şübhə altına alan və həqiqəti əks etdirməyən məlumatlar yayılır”, – deyə məlumatda vurğulanıb.

Dövlət Gömrük Komitəsi bir daha bəyan edib ki, ölkə ərazisinə idxal edilən bütün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə yalnız qanunvericiliyin tələblərinə əməl olunduğu təqdirdə icazə verilir.

COP29

www.yenicag.az

1689
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv