“İşğaldan azad olunan bütün torpaqlarımız beynəlxalq hüquqa əsasən, Azərbaycanın əraziləri kimi tanınır”.
Bu fikirləri “Google Earth Pro” proqramında “Maxar Technologies” şirkəti tərəfindən hazırlanan görüntülərdə Şuşa şəhərindəki inzibati binanın üzərində keçmiş separatçı rejimin və Ermənistanın bayraqlarının əks edilməsinin “texniki xəta”, yaxud təxribat olmasına münasibət bildirən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyi İdarə Heyətinin sədri Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, adıçəkilən şirkət haqqında danışılan böyük yanlışlığa aydınlıq gətirməlidir:
“Yaxud aidiyyatı qurumlarımız rəsmi sorğu göndərərək onların niyə beynəlxalq hüquqa zidd addım ataraq belə bir şəkil yayımladıqlarına dair izahat tələb etməlidirlər.
İşğaldan azad olunan bütün torpaqlarımız beynəlxalq hüquqa əsasən, Azərbaycanın əraziləri kimi tanınır. Bu halda MAXAR-ın mövqeyində belə bir yanlışın nədən baş verdiyinin səbəbi araşdırılmalıdır.
Lakin böyük ehtimalla, hər işdə olduğu kimi, bu məsələdə də ermənipərəst qüvvələrin əli var. İstənilən halda həmin şirkət öz mövqeyini ortaya qoyaraq bu rəzalətə aydınlıq gətirməli və rəsmi açıqlama verməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az