!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qarşı əsassız ittihamlar: “Bunlar ölkəmizin mövqeyinə təsir göstərə bilməz”

!Reklam – Yazi

“Azərbaycanın müstəqil siyasət yeritməsi, Rusiya ilə əlaqələrini qoruyub saxlaması, bölgədə nüfuzlu dövlət kimi fəaliyyəti o ölkələri birmənalı olaraq qane etmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlərdə bəzi Qərb dairələrinin Azərbaycana qarşı qarayaxma kampaniyası və əsassız ittihamları barədə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təəssüflə qeyd etmək lazımdır ki, bu, ilk dəfə deyil.

“Biz xalq olaraq, ermənilərin davamlı olaraq ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirdiyinə öyrəşmişik. Burada əsas hədəf, məqsəd ölkəmizin mövqeyinə təsir göstərmək və onun mövqeyini zəiflətməkdir. Bu mənada Azərbaycan bu gün bu proseslərin qarşısını almaq üçün səylə çalışır, addımlar atır. Bu da onlar tərəfindən bəyənilmir. Azərbaycanın müstəqil siyasət yeritməsi, Rusiya ilə əlaqələrini qoruyub saxlaması, bölgədə nüfuzlu dövlət kimi fəaliyyəti o ölkələri birmənalı olaraq qane etmir. Ona görə də bu gün Avropa Şurası və ayrı-ayrı sturukturlarda, qurumlarda bizə qarşı bu ədalətsizliyi görür və hiss edirik. Təbii ki, bunlar Azərbaycanın mövqeyinə təsir göstərə bilməz”, – deyə o əlavə edib.

C.Məmmədov qeyd edib ki, Azərbaycan öz haqlı mövqeyində davam edəcək və gələcəkdə də bu istiqamətdə öz mövqeyini qoruyacaq.

“Eyni zamanda, onlar Azərbaycanın yarımçıq sülh müqaviləsini imzalamasını istəyirlər. Azərbaycan isə qəti mövqeyini bildirib ki, yarımçıq sülh müqaviləsi olmayacaq. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir”, – deputat bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv