“Azərbaycana qarşı hərbi planlar Rusiyanın dövlət süqutuna yol açar” – SENSASİON İDDİA

media-hightechnic-468x90

“Belə bir əməliyyatın başlanması Rusiyanın dövlət kimi tam süqutuna gətirib çıxara bilər”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, rusiyalı teleaparıcı Vladimir Solovyovun Azərbaycana qarşı hərbi əməliyyatın vacibliyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Hərbi ekspert bildirib ki, hazırda Ukrayna müharibəsi nəticəsində bataqlığa düşən və böyük itkilərə məruz qalan Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyatlar keçirmək imkanları tamamilə məhduddur:

“Belə bir əməliyyatın başlanması Rusiyanın dövlət kimi tam süqutuna gətirib çıxara bilər. Çünki Azərbaycan Rusiyanı əhatə edən bir çox dövlətlərlə strateji tərəfdaşdır. Digər tərəfdən, Azərbaycanın Türkiyə və Pakistanla hərbi sahədə kifayət qədər ciddi əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox strateji tərəfdaşlıq çərçivəsində imzalanmış sənədlər isə Rusiyanın Azərbaycana qarşı hər hansı müdaxilə imkanlarını minimuma endirir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa