Azərbaycanda 450 nəfər övladını suda dünyaya gətirib
“Azərbaycanda artıq 2 ildir suda doğuşun həyata keçirilməsinə başlanılıb. Bu yenilik Respublika Diaqnostika Mərkəzində tətbiq edilir. Artıq 450 nəfər bu üsulla dünyaya uşaq gətirib”.
Mərkəzin mama-ginekologu İlahə Quliyeva deyib ki, suda doğuş bir cox ölkələdə tətbiq edilsə də, Azərbaycanda həyata keçirilmirdi:
“Suda doğuş xüsusi vannalarda keçirilir. Bu üsulla doğuş zamanı qadının əzələlərində elastiklik əmələ gəlir və sancı çəkən qadın ağrı hiss etmir. Bu, ağrısızlaşma məqsədilə edilir. Qadın suda olarkən monitorla onun ürək döyüntülərinə də nəzarət edilir. Doğuş zamanı da uşaq birbaşa suyun icinə doğulur. Bu, ana bətnindən azad olan uşağın adaptasiyasına kömək edir. Uşaq bu doğuş zamanı travma da almır. Əgər uşağı suda buraxsaq, o, batmayacaq, balıq kimi üzəcək. Cünki uşaq nəfəsini dərəndən sonra onun ciyərləri açılır”.
Bu gün Respublika Diaqnostika Mərkəzində (RDM) media nümayəndələri üçün infotur təşkil edilib. Bildirilib ki, mərkəzdə tibbin bütün sahələri üzrə həm müayinə-diaqnostika, həm də müalicə üçün tam şərait yaradılıb. Mərkəzin şüa-diaqnostika, oftalmologiya, kardiocərrahiyyə, təcili yardım, intensiv terapiya və reanimasiya kimi şöbələri ən son müasir texniki avadanlıqlarla təmin edilib. Respublikanın bu sahələrdə tanınıb-seçilən yüksək ixtisaslı kadrları da mərkəzdə toplaşıb. (apa.az)