Azərbaycanda avtomobil benzininin istehsalı azaldı

media-hightechnic-468x90

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 2,5 faiz azalıb.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,3 faiz azalıb.

Yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6 faiz artıb, dizel yanacağının istehsalı 24,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 faiz, neft koksunun istehsalı 33,8 faiz, sürtkü yağlarının istehsalı isə 42,2 faiz azalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600