2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 249,7 milyon manatlıq məhsul istehsal edilib.
Yenicag.az-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 29,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 24,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz azalıb.
Qeyd edək ki, bu müddətdə 1 220 ədəd traktor, 794 ədəd minik avtomobili istehsal olunub.
Xatırladaq ki, yanvar-oktyabr aylarında da avtomobil istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,5 dəfə artmişdi. Bununla belə həmin dövrdə də maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalmışdı.
www.yenicag.az