!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda ayda 1000 ailə dağılır”

!Reklam – Yazi

108108_res_01“Azərbaycanda gün ərzində təxminən 3-4, ay ərzində isə 1000 ailə dağılır. Bu statistikaya qeyri-rəsmi qurulan ailələr daxil deyil. Rəsmi nikah bağlamadan ailə quranların ayrılmaları da nəzərə alınsa, statistika iki dəfə artır. Təkcə rəsmi boşanmalar həyəcan təbili çalmaq üçün yetərlidir”.

Bunu virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qeyri-rəsmi nikahların sayı həmin ailələrdə doğulan uşaqların sayına uyğun təxmini hesablanır: “İndiyədək qeyri-rəsmi nikahlarla bağlı dəqiq statistika aparılmayıb. Ötən il 27 min uşaq nikahdan kənar doğulmuşdu. Bu rəqəmə istinadən təxmini 30-35 min nikahdankənar ailənin olduğu ehtimal edilir. Ona görə də gündə 3 deyil, daha çox ailənin dağıldığını söyləyə bilərik”.

M.Zeynalova rəhbərlik etdiyi təşkilata müraciət edənlər arasında boşanmaq istəyənlərin çox oldumasından danışdı: “İndi əksər hallarda ailə tərəflər arasında öz hakimiyyətini təsdiq etmək uğrunda gedən mübarizəyə çevrilib. Hörmət, qarşılıqlı anlayış meydandan çıxıb. Ailələrin dağılmasının səbəbləri müxtəlifdir. Ailəyə kənar müdaxilələr, iqtisadi asılılıq, ailə zorakılığı və digər səbəblər var. Amma müşahidələr göstərir ki, qadın hüquqları ilə bağlı yanlış təbliğat da rol oynayır. Qadınlar öhdəlikləri yerinə yetirmək istəmirlər, azad olmaq istəyirlər. Həmçinin kişi xəyanəti nəticəsində dağılan ailələrin sayı çoxdur”.

M.Zeynalova evdən qaçan 5 qadının rəhbərlik etdiyi sığınacaqda yerləşdirildiyini dedi: “Hazırda evdən qaçan 5 qadın bizim sığınacaqdadır. Onlar ailə zorakılığı nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıblar. Təəssüf ki, vaxtında tədbir görülməyəcəyi təqdirdə vəziyyət daha da pisləşəcək”.

Qeyd edək ki, bu ilin 6 ayında 6,4 min boşanma qeydə alınıb. Boşananların əksəriyyəti biruşaqlı gənclərdir. Ötən il 2798 biruşaqlı ailə dağılıb.

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv