Azərbaycanda bahalaşma davam edir – RƏSMİ

media-hightechnic-468x90

12112016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,2 faiz artıb.

2016-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artaraq 485,5 manat təşkil edib.

Bundan başqa 2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 13789,5 milyon manata çatıb.

Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib 8,3 faizi isə yığıma yönəldilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600