!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bankların aktivləri artdı

!Reklam – Yazi

Sentyabrda fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 840,8 milyon manat, cəmi öhdəlikləri 44 milyard 550 milyon manat, balans kapitalı 6 milyard 290.8 milyon manat olub.

Yenicagşaz Mərkəzi Banka istinadla xəbər verir ki, sentyabr ayında bankların aktivləri və öhdəlikləri müvafiq olaraq 2,6 faiz (1 milyard 273,1 milyon manat), 3 faiz (1 milyard 294 milyon manat) artıb.

Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 7,8 faiz artaraq 35 milyard 772,7 milyon manat təşkil edib.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 10,4 milyon manat artaraq 2 milyard 608,5 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin qısamüddətli əmanət hesablarının həcmindəki artım ilə əlaqədardır.

COP29

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv