Azərbaycanda baş məşqçi istefa verdi

media-hightechnic-468x90

Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.

Yenicag.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600