Azərbaycanda baş redaktor faciəli şəkildə öldü

media-hightechnic-468x90

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, “Göyçay” qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600