!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda baş vermiş sənaye inqilabları Heydər Əliyevin həmşəyaşar adı ilə bağlıdır

!Reklam – Yazi

Alman mühəndis, görkəmli iqtisadçı alim, Dünya İqtisadi Forumunun yaradıcısı professor Klaus Şvabın qələmə aldığı “Dördüncü sənaye inqilabı” kitabını oxuyub bitirdim. Doğrusu kitabı bir qədər gec əldə etməyimə görə, çox təəssüfləndim. Qısası, hər kəsin oxuması tövsiyyə edilən kitabdır. Bu əsərdə dördüncü sənaye inqilabının özündən əvvəlki inqilabların davamının qırılan və qırılmaz yerləri öz əksini tapıb.

İxtisasca fizik olduğuma görə, son iki sənaye inqilabını doğuran elmi tədqiqatların içində olduğumdan deyə bilərəm ki, 3-cü və 4-cü sənaye inqilablarını bir-birindən zəif, incə və eyni zamanda da kəskin sərhəd ayırır.

Məlumat üçün qeyd edim ki, Ceyms Uatın ixtira etdiyi buxar maşını ilə başlayan birinci sənaye inqilabı 1760-cı ildən başladı və təxminən 1840-cı illərədək – lokomotivlərin buxar mühərriki ilə işləməsi ilə dəmir yolları şəbəkəsinin inşasınadək davam etdi. Bu zaman kəsiyində keçilmiş proses, qazanılan nailiyyətlər tamamilə ayrı bir mövzudur. İkinci sənaye inqilabı isə 1880-1910-cu illərdə elektrik enerjisinin istehsalat proseslərinə tətbiqi və məişətdə istifadəsi ilə başladı. Üçüncü sənaye inqilabı isə əsas etibarı ilə 1950-ci illərin sonu, 60-cı illərin başlanğıcından start götürdü.

Kosmik sənayenin inkişafı yeni tədqiqat sahələrinin, əsasən də yarımkeçiricilər fizikasının araşdırılmasını sürətləndirmişdir. Keçiricilərlə dielektriklər arasında aralıq vəziyyət tutan materiallar olan yarımkeçiricilərin elektrik keçiriciliyinin temperaturanın, işığın, elektrik sahəsinin, mexaniki qüvvələrin, təsiri altında idarə olunması uyğun olaraq müasir elktronikanın, kompyuterlərin və miniatur inteqral mixrosxemlərin iş prinsiplərinin əsasına qoyulmuşdur.

Təbii ki, bu məqalədə niyyətimiz sənaye inqilabları haqqında bilgi vermək və yaxud fizik kimi yarımkeçiricilərin xüsusiyyəti haqqında danışmaq deyil. Məqsədimiz Azərbaycan xalqı olaraq üçüncü sənaye inqilabının gedişində bizim dünya elminə veridyimiz töhfənin nədən ibarət olduğunu söyləməkdir. Məlumdur ki, Azərbaycan Elmlər Akademiyasının yaradılmasından sonra, 1945-ci ildən başlayaraq elm sistemli şəkilə düşdü və dünya elminə intqrasiya etmək üçün azərbaycanlı alimlər keçmiş SSRİ-nin nüfuzlu elmi-tədqiqat müəssisələri ilə üzvi surətdə tədqiqatlar aparmağa başladılar.

Lakin 1970-1980-ci illərə kimi Azərbaycanda əsasən neft-kimya problemləri sahəsində fundamental tədqiqatlar həyata keçirilirdi ki, məhz bu tədqiqatlar nəticəsində də yüzlərlə patent və ixtiralar əldə edilmişdir.

Ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakmiyyətə gəlməsindən sonra isə elmi-tədqiqat işlərinin bütün elmi-tədqiqat istiqamətləri üzrə dirçəldilməsi konsepsiya şəklində işlənib hazırlandı. Qısa müddət sonra Elmlər Akademiyasının Fizika İnstitutunda yarımkeçiricilər fizikasının nəzəri və təcrübi məktəbləri yaradıldı. Bu məktəbdə akademik Həsən Abdullayevin başçılığı ilə onlarla tədqiqatçı ailm yetişdi. Akademik Arif Paşayev, akademik Firudin Həşimzadə, akademik Eldar Salayev, akademik Maqsud Əliyev, akademik Çingiz Qacar, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, professor Emil Hüseyenov, professor Yusif Əsədov və onlarla bu kimi alim və mütəxəssislər yetişdi.

Azərbaycanda üçüncü sənaye inqilabının, dolayısı ilə də dördüncü sənaye inqilabının müəllifi isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də Azərbaycan xalqı böyük qürur hissi ilə deyə bilər ki, üçüncü və dördüncü sənaye inqilabının başlanğıcından bu günədək elmi proseslərin hərəkətverici qüvvəsi məhz həmin dövrün islahatları və alınmış düzgün qərarlar olmuşdur.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün fəaliyyəti boyunca bilik tutumlu elmi-tədqiqat müəssisələrin yaradılmasına böyük önəm verirdi. Müqayisə üçün bir faktı söyləmək yerinə düşər. Əgər 1969-cu ildə Bakıda cəmi bir elmi-istehsalat birliyi vardısa, 1980-ci ildə bundan daha nəhəng elm birliklərinin sayı 70-dən çox idi. Təkcə 1970-ci ildə NPO “Ulduz”, “Nord”, “Azon”, “İskra”, “Tellur”, “Billur” və digər elmi-istehsalat birliyi və konstruktor büroları yaradılmışdır.

Bu gün dünyada cihaz və maşınqayırma sənayesində “beyin” elementi hesab olunan miniatur mikrosxemlərin istehaslçısı kimi Tayvan dünya lideridir. Halbuki, ulu öndər Heydər Əliyev bu sahədə də uzaqgörənlik edərək yarımkeçiricilər istehsalının ən önəmli məhsulu olan çiplər istehsal edəcək “OZON” elmi-istehsalat birliyini 1973-cü ildə – Tayvanda qurulan zavoddan 14 il öncə yaratmışdır. Ulu Öndərin təşəbbüsü ilə 27 iyun 1976-cı ildə “Azərbaycnın 1976-1980-ci illərdə inkişafı haqqında təklifinin təsdiq edilməsi haqqında” qərar qəbul edildi. Bu qərara əsasən, SSRİ-nin Hərbi-Sənaye Kompleksi müəssisələrinin tikintisi və genişləndirilməsi ilə yanaşı, SSRİ Elmlər Akademiyasının Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutu filialının (Optik-Mexanika Zavodunun) kütləvi istehsalını təmin etmək məqsədi ilə Bakı şəhərində tikintisinə nail olunmuş sınaq zavodunun bazasında 1983-cü ildə müstəqil Fotoelektronika İnstitutu yaradıldı. Bu İnstitut qısa müddət ərzində tanınmış elmi müəssisə kimi bütün İttifaqda və dünyada tanınırdı. 1985-ci ildə institutun bir qrup alim və konstruktoru fotodetektorların yaradılması üzrə elmi-tədqiqat işlərinə görə, Azərbaycan SSR-nin Dövlət Mükafatına layiq görülüb.

Sonralar institutda sovet istehsalı olan MiQ-25, MiQ-29 və Su-27 qırıcı təyyarələrin hədəf təyinetmə sistemləri üçün həmin İnstitut tərəfindən əvvəllər hazırlanmış optik-elektron cihazların spektral həssaslıq diapazonunun genişləndirilməsi üzrə tədqiqat və təkmilləşdirmə işləri aparılmışdır.

Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə biliktutumlu elmi-tədqiaqat müəssisələrinin elmi inteqrativliyinin vacibliyini daha dərindən dərk etdiyindən yarımkeçiricilər sənayesinin inkişafını tətbiqi riyaziyyat və kibernetika sahəsi ilə birgə inkişaf etdirməyə başladı. Həmçinin mexanika elminin inkişafının nəzəri əsaslarının praktikada öz tətbiqini tapması sayəsində neft emali sənayesində də istehsalatda ciddi artım müşahidə olundu. Bununla da Heydər Əliyev SSRİ büdcəsindən Azərbaycanda həyata keçirilən tədqiqat işlərinə milyonlarla rubl vəsait ayrılmasına nail olurdu.

1971-ci ildə Elmlər Akademiyasının Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi yaradıldı. 1972-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi göstərişi ilə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi yaradıldı. Həmçinin bunlarla yanaşı Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və digər elmi-tədqiqat müəssisələri yaradılmasından sonra Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını – BESM-6 gətirildi. Bununla da Heydər Əliyevin təşəbbüsləri sayəsində mexaniki sənayenin rəqəmsal formaya keçirilməsi ilə Azərbaycanda 4-cü sənaye inqilabına keçidin əsasları qoyuldu.

Böyük qətiyyət və əminliklə deyə bilərik ki, həm siyasi, həm texnoloji, həm də iqtisadi cəhətdən ulu öndər Heydər Əliyevin Azərbaycanda elmi-tədqiqat işlərinin ümumdünya səviyyəli tədqiat formasına qaldırması ilə Azərbaycanda üçüncü sənaye inqilabının başlanğıcı baş vermiş, həmçinin dördüncü sənaye inqilabına keçidin sərhədləri də bəlli olmuşdur.

Ona görə fikrimi elmi dəlillərlə təsdiqləyərək deyirəm: “Azərbaycanda baş vermiş üçüncü və dördüncü sənaye inqilabları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Milli-mənəvi dəyərlərə və ənənələrə bağlı olan Heydər Əliyev dühasının əsasını Azərbaycan xalqına xidmət, ölkəmizə məhəbbət təşkil edir. Zaman keçdikcə Ulu Öndərin tarixi fəaliyyətinin mənası daha uca zirvələrdən görünür. Bu xidmətlərin nuru əbədiyyətə qədər Azərbaycan xalqının dövlətçilik yoluna, türk dünyasının birliyinə və inkişafına işıq saçacaq.

Fizika elmləri doktoru, dosent Yusif Alıyev

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru

COP29

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv