Azərbaycanda belə dələduzluq görünməmişdi

media-hightechnic-468x90

img1743025Azərbaycanda bir qrup şəxs əlbir olaraq yüzlərlə insana qarşı dələduzluq edib. Dəstənin başçıları isə üç qadındır.

Yenicag.az müsavat-a istinadən bildirir ki, bu məlumat haqda həmin dəstənin əməllərindən zərər görmüş şəxslərin bir qrupu verib.

Məlumatda deyilir ki, yüzlərlə insan “T-Group” Tədris Mərkəzi rəhbərliyinin fırıldaqçılığı ilə üzləşib və dələduzluğun qurbanı olub. Adıçəkilən tədris mərkəzi ali məktəblərə hazırlıq və dil kursları təşkil etdiyini bəyan edib. Tədris mərkəzinin Qazax, Mingəçevir və Bərdə ilə yanaşı daha bir neçə rayonda filialları olub.

“Bir neçə gün əvvəl “T-Group”un Mingəçevir filialının işçiləri etiraz olaraq yerli polis şöbəsinin qarşısına toplaşmışdılar. Onlar mərkəzin rəhbərliyi tərəfindən aldadıldıqlarını, maaşlarını ala bilmədiklərini deyirdilər. Zərərçəkənlər yerli polis şöbəsində olaraq izahat yazmış, mərkəzin Pərvanə, Ülviyyə və Ülkər adlı əməkdaşları tərəfindən aldadıqlarını söyləmişdilər” – deyə şikayətçilər bildirir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600