Azərbaycanda benzin istehsalı artdı

media-hightechnic-468x90

2023-cü ilin yanvar-oktyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3765,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsi məlumat verilib.

Qeyd edək ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 53,4%, neft koksunun istehsalı 18,2%, avtomobil benzininin istehsalı 16,6%, qazoylların (dizel yanacağının) istehsalı 15,6% artıb, neft bitumu istehsalı 25,2%, mazut istehsalı isə 93% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600