Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb

media-hightechnic-468x90

domenBu gün “gov.az” domeni ilə fəaliyyət göstərən saytlara girişdə məhdudiyyət yaranıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, girişin məhdudlaşdırılmasına səbəb həmin saytlara müxtəlif kiber hücumların qarşısını almaq məqsədilə görülən profilaktik tədbirlərdir.

Texniki problemlər aradan qaldırılır.

Yaxın saatlarda saytlara sərbəst giriş mümkün olacaq.

Qeyd edək ki, son günlər Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarına da hücumlar intensivləşib. Son bir həftə ərzində “APA Holding”ə daxil olan www.apa.az və www.vesti.az saytları mütəmadi haker hücumuna məruz qalıblar. Şirkətin İT Departamentinin gərgin işi nəticəsində saytların fəaliyyətində fasilə yaranmasa da, hücumlar davam edir.

Son bir həftədə iki dəfə www.qafqazinfo.az saytı da güclü hücuma məruz qalıb və saytın fəaliyyətində fasilələr yaranıb. Avtosfer.az saytı isə haker hücumu nəticəsində tamamilə dağıdılıb, saytın bazası silinib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600