Azərbaycanda qeyri-adi cərrahi əməliyyat həyata keçirilib.
Yenicag.az xəbər ki, Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu, uzman Fuad Hüseynovun medicina.az-a verdiyi məlumata görə, əməliyyat rayonlardan birində doğulan və cinsiyyəti ayırd edilə bilməyən uşaq (adı gizli saxlanılır – red.) üzərində aparılıb.
Onun sözlərinə görə, aparılan xromosom analizləri zamanı uşağın oğlan (46 XY) olduğu müəyyən edilib: “Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı.
Uşaq böyüdükcə oturaraq sidiyə gedəcəkdi, cinsi həyatında və ata olmasında ciddi problemlər olacaqdı”.
F. Hüseynov körpəni 2 mərhələdə – 10 aylıq və 1,5 yaşında əməliyyat edib.
“Cinsiyyət orqanı kosmetik olaraq bərpa olundu, sidik ifrazı normallaşdırıldı, artıq körpə normal oğlan uşaqlarından fərqlənmir və gələcəkdə də bir problemi olmayacaq”, – deyə cərrah əlavə edib.
Məlumat üçün bildirək ki, bu patologiya hermofraditizm deyil. Hermofraditizm hormon çatışmazlığı və pozulmasıdır. Mütəxəssislər uşaq doğulan kimi körpədə hər hansı cinsi uyğunsuzluq, qüsur və cinsiyyəti sual altında qoyan simptom olarsa, dərhal uşaq uzmanlarına müraciət etməyi tövsiyə edirlər.
www.yenicag.az