Səhiyyə Nazirliyi 7 saylı doğum evində baş verən ana ölümü ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, iyulun 4-ü tarixində Turanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub:
“Həmin gün 12:30 Qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq zahılıq dövrünün birinci sutkasında T.Məmmədovada bioloji ölüm baş verib. Meyitin potoloji anatomik müayinəsi təşkil edilib. Hazırda SN Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək”.
www.yenicag.az