Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alındı

media-hightechnic-468x90

İlqar Məmmədov və Razi Nurullayevin partiyaları dövlət qeydiyyatına alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

R. Nurullayev bildirib ki, Milli Cəbhə Partiyasının (MCP) qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə ona təqdim edilib: “Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib”.

Görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə – partiya sədri İlqar Məmmədova da qeydiyyat sertifikatı təqdim edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa