Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 17 faiz artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 354,9 milyon manat kredit verilib.

media-banner_tuq

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1 % azalaraq 320,3 milyon manata düşüb.

Ötən 10 ayda İKZF istiqraz buraxmaqla 275 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 37,5 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 % artaraq 95,2 milyon manata çatıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05