Azərbaycanda DYP avtomobili qəza törətdi: Xəsarət alan var

media-hightechnic-468x90

Xudat-Xaçmaz şosesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı BMW markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıblar.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05