Azərbaycanda əhalinin sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda əhalinin sayı 25018 nəfər artaraq 2018-ci ilin may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin 52,9 %-i şəhər, 47,1%-i kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Azərbaycanda əhalinin sayı açıqlandı

media-hightechnic-468x90

llÖlkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyun ayının 1-i vəziyyətinə 9520,3 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir. Əhalinin 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.

Bu ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb.

Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30,9 min nikah və 5,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 7,9 və 1,3) qalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən bu ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 675 nəfər gələn və 319 nəfər ölkədən gedən qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600