Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda əmtəəlik xam neftin hasilatı 3,3% azaldı

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 31 216,2 min ton xam neft hasil edilib.

Yenicag.az məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu həcmin 31 141,1 min tonu əmtəəlik xam neft olub.

Xam neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azalıb.

Hesabat dövründə ölkədə 28 952,3 mln. kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövründən 15,9% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 19 925,2 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 27,8% çoxdur.

www.yenicag.az

1046
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM