Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın iki rayonunda – Qax və Zaqatala ətrafında 4,9 bal gücündə zəlzələ baş verib. Bu gün isə, qonşu İranda 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Baş verən təbiət hadisəsi “Azərbaycanda növbəti zəlzələ gözlənilirmi?” sualını gündəmə gətirib.
Yenicag.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılova və qurumun İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qabaqcadan proqnoz verməyin çətin olduğunu bildiriblər.
Onlar həmçinin, Azərbaycanda hazırki seysmoloji durumu dəyərləndiriblər.
Videonu təqdim edirik:
Natavan Abbaslı
www.yenicag.az