!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda həbs olunan FETÖ-çü kimdir? - FOTO

!Reklam – Yazi

Fəaliyyəti dayandırılan “Zaman” qəzetinin mətbəəsinin sahibi İbrahim E. iki ölkənin təhlükəsizlik orqanlarının ortaq həyata keçridiyi əməliyyat nəticəsində tutularaq, Türkiyəyə aparılıb.

Yenicag.az xəbər verir ki, o, FETÖ-nün Azərbaycan qanadının yüksək rəhbərlərindən biri olmaqda ittiham olunurdu.

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən yerini müəyyənləşdirildikdən sonra Azərbaycanın hüquq mühafizə orqanlarına məlumat ötürüb. Daha sonra iki ölkənin güc orqanlarının birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılan İbrahim E. ötən həftə Türkiyəyə aparılıb.

Onun hazırda Ankara Polis İdarəsində sorğusunun davam etdiyi bildirilir. Qeyd edək ki, İbrahim E. barəsində daha öncə saxlanma qərarı çıxarılmışdı.

Yenicag.az xəbər verir ki, İbrahim E. deyə təqdim olunan şəxs Azərbaycanda uzun zamandan bəri fəaliyyət göstərən İbrahim Ekerdir. “Ufuk” Reklam Agentliyinin direktoru, eyni zamanda “Çağ” və “İstək” liseylərinin idarəçilərindən olan İbrahim Eker hətta hər iki lisey bağlandığı zaman sosial mediada etiraz edənlərdən biri olub. Camaatın uzun illər reklam-mətbəə işlərini də məhz İbrahim Eker görüb.

www.yenicag.az

10428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv