Azərbaycanda ICESCO-nun regional ofisi yaradılacaq
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılacaq.
Yenicag.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
Onun sözlərinə görə, bu, ICESCO üçün bir qovşaq olacaq:
“Yəni həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaqdır. Bu təşkilat Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən ilk beynəlxalq qurumdur. Biz Azərbaycanda hər istiqamət üzrə qurumlarla əməkdaşlıq etmişik”./report