Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda içki ixracı 30%-ə qədər azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 13 153,67 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Yenicag.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 464,66 min dollar və yaxud 29,35% azdır.

Bu ilin 10 ayında içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilər, sirkənin dəyəri isə 73 072,85 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 17 047,67 min dollar və yaxud 30,43% çoxdur.

Loading...

www.yenicag.az

3080
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100