Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI

media-hightechnic-468x90

Ölkə üzrə yerli icra hakimiyyətinə icra başçısı rəhbərlik edir. Lakin bəzi Azərbaycanın bir sıra rayonlarında bir müddətdir ki, bu vəzifə boş qalıb.

media-banner_tkm

Yenicag.az icra başçısı olmayan həmin rayonları təqdim edir:

Ağsu rayonu – Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 26 noyabr koronavirus səbəbi ilə dünyasını dəyişib. Qeyd edək ki, icra başçısı bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.

Kürdəmir rayonu – Kürdəmir icra başçısı Ceyhun Cəfərov avqustun 19-da korrupsiyaya yol verdiyi üçün həbs edilib, avqustun 20-də vəzifədən azad olunub. İcra başçısı bu vəzifəyə 2014-ü ildə təyin edilmişdi.

Göygöl rayonu – Mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidov vəzifədən azad edilib. O, bu vəzifəyə 2006-ci ilin fevralın 23-də təyin olunub.

Nizami rayonu – Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 2020-ci ilin iyul ayında vəzifəsindən azad edilib. İcra başçısı bu vəzifəyə 2015-ci ildə təyin olunub.

Cəlilabad rayonu – Cəlilabad rayon icra başçısı Namiq Zeynalov isə bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, bu vəzifəyə 2018-ci ilin fevralın 6-da təyin olunub. / Sfera.az/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05