Azərbaycanda iki ev yandı
Masallı və Qax rayonlarında ev yanıb.
Masallı rayon mərkəzindən 19 km aralıda yerləşən Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağı və dəhlizinin yanar konstruksiyaları 36 kv.m sahədə yanıb.
Qax şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, tavanı 180 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.