!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ilk dəfə mülki aviasiya təyyarələrinin istehsalına başlanıldı

!Reklam – Yazi

Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb.

“Global Force Technology” şirkətinin nümayəndələrinin sözlərinə görə, şirkət Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırlayıb.

Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalıdır.

“Global Force Technology” şirkəti iki il ərzində bu layihənin hazırlanması üçün səy göstərib və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb.
Aparılan bazar tədqiqatları əsasında bu istehsal regionda ilk olacaq və onun həyata keçirilməsi dünya bazarına çıxmağa imkan verəcək. Bu da yüksək texnologiyalı aviasiya məhsullarının istehsalçısı kimi Azərbaycanın imicini artıracaq.

Hazırda layihənin icrası üçün icazə və sertifikatlar almaqla bağlı müvafiq dövlət orqanlarına lazımi sənədlər qeydiyyat olunur.

Qeyd edək ki, “Global Force Technology” şirkəti 2020-ci ildə Azərbaycanda qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyəti aviasiya texnikasına xidmət göstərmək həmçinin komponentlərin və ehtiyat hissələrinin təchizatıdır.

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv