!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda insanlara ət dönəri əvəzinə, "at dönəri" yediriblər - DETALLAR

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

AQTA-dan Yenicag.az-a verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan “Escherichia Coli” bakteriyası aşkar olunub.

Qeyd edək ki, insanlar virulent “E.Coli” ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər. “E.Coli” ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.

Bundan əlavə, agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmadığı halda, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.

Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə (“Xırman” MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, “Dönərçi Baba” dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.

Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid əməllərdən yayınmağa çağırır. Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

Uyğunsuzluq aşkar edilmiş müəssisələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair
MƏLUMAT
 
Sahibkarlıq subyekti Məhsulun adı Məhsulun istehsal tarixi Məhsulun çəkisi Laborator nəticələr  
 
1. “Kaspian Prodakşn Layn” MMC “Ağartı” əmtəə nişanlı
9% yağlılıqda kəsmik
04.11.2022 200 qr E.Coli  
2. “Həyat Qida” MMC “Tək Süd” əmtəə nişanlı pendir 11.11.2022 6 kq E.Coli  
3. “Xırman” MMC “Qaymaq” əmtəə nişanlı
duzsuz pendir
18.11.2022 300 qr E.Coli  
4. Fiziki şəxs Əsgərov Elşən Süleyman oğlu “Hər Gün” əmtəə nişanlı “Yayla” pendiri 20.11.2022 250 qr E.Coli  
5. Fiziki şəxs Mehdiyev Vüsal “Qarabağ Dadı” əmtəə nişanlı
40% yağlılıqda  “Bərdə” pendiri
12.11.2022 3 kq E.Coli  
6. “Şamaxı Dairy Farm” MMC “Luga” əmtəə nişanlı 25% yağlılıqda xama 02.11.2022 350 qr β-sitosterin  
7. “Yurdum” əmtəə nişanlı 25% yağlılıqda xama 09.11.2022 175 qr E.Coli  
8. Fiziki şəxs Selman İbrahim “Selman” əmtəə nişanlı 18% yağlılıqda Şokoladlı kəsmik 09.11.2022 400 qr E.Coli  
9. Fiziki şəxs Quliyev Kazım Camal oğlu “Göyçə” əmtəə nişanlı 65% yağlılıqda xama 15.11.2022 200 qr E.Coli  
10. “İlkin-N” MMC “Dərələyəz Mahal” əmtəə nişanlı pendir 01.11.2022

 

3 kq E.Coli  
Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair
MƏLUMAT
 
Sahibkarlıq subyekti Ünvanı Məhsulun adı Laborator nəticələr  
 
1. Fiziki şəxs Muradov Abdulla İbrahim oğluna məxsus
“Adana” dönər evi
Bakı şəhəri,Suraxanı rayonu, Yeni Suraxanı ştq, Yeni Günəşli qəs., ev 12S ət dönəri E.Coli  
2. Fiziki şəxs Haqverdiyeva Həbibə İsmayıl qızına məxsus “Tuncayın Mətbəxi” iaşə müəssisəsi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 105b ət dönəri E.Coli  
3. Fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi Şəki şəhəri, M.F.Axundov prospekti ət dönəri E.Coli;
At DNT-si
 
4. Fiziki şəxs İbrahimov Elvin Rafiq oğluna məxsus “İncir” restoranı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küç., ev 2A ət dönəri E.Coli  
5. Fiziki şəxs Absəlimov Vüsal Elşad oğluna məxsus “Lider” dönər evi Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 55/12 ət dönəri E.Coli  
6. Fiziki şəxs Qarayev Mehmana məxsus “Bol” dönər evi Mingəçevir şəhəri, M.Maqomayev küçəsi toyuq dönəri E.Coli  
7. Fiziki şəxs Əliyev Malik Mehdi oğluna məxsus dönərxana Beyləqan rayonu, Magistral küçəsi toyuq dönəri E.Coli  
8. Fiziki şəxs Məmmədov İlkin Şükür oğluna məxsus iaşə müəssisəsi Xaçmaz rayonu, Xaçmaz şəhəri, 1 nömrəli Sovxozun 4-cü şöbəsi toyuq dönəri E.Coli  
9. Fiziki şəxs Allahverdiyeva Zenfira Teymur qızına məxsus “Köz Piliç” kafesi Xaçmaz rayonu, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 262 ət dönəri E.Coli  
10. Fiziki şəxs Orucəliyev İftixar Cabir oğluna məxsus “Lüks” dönər evi Quba şəhəri, 223-cü Diviziya küçəsi ət dönəri E.Coli  
11. Fiziki şəxs Musayev Gülyar Asəf oğluna məxsus
“Tatlı Köz Dönər” restoranı
Quba şəhəri, məhəllə 29 ət dönəri E.Coli  
12. Fiziki şəxs Tahirov Elvin Kamran oğluna məxsus
“Manqallı Dönər” restoranı
Quba şəhəri, Qəçrəş yolu ət dönəri E.Coli  

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv