Azərbaycanda keçiriləcək FIFA turnirinin oyunlarına biletlər satışa çıxarıldı
Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” turnirinin oyunlarının biletləri satışa çıxarılıb.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Oman, Syerra-Leone və Sent-Lüsiya millilərinin iştirakı ilə gerçəkləşəcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı onlayn şəkildə həyata keçirilir.
Azarkeşlər saat 15:00-da “Dalğa Arena”da keçiriləcək Oman – Syerra-Leone, 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Sent-Lüsiya görüşlərinə bilet ala bilərlər.













