!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda koronavirusa qarşı mübarizə hələ ölkədə virus yayılmazdan əvvəl başlamışdı” – Partiya sədri 

!Reklam – Yazi

“Vaxtında atılan təsirli addımlar nəticəsində ölkədəki epidemioloji vəziyyəti tam  nəzarətə götürmək mümkün oldu”. 

Dünyanı təhdid altında saxlamaqda davam edən koronavirus pandemiyasına qarşı mübarizə bütün ölkələrin gündəliyində ilk yerdə dayanır. Bu sırada qəsa müddət ərzində ciddi təcrübə əldə edən Azərbaycanda həyata keçirilən preventiv tədbirlər ölkədə koronavirusun yayılmasının qarşısını almaqda müstəsna rol oynadı.

Qəbul edilən zəruri qərarlar əsasında ölkənin səhiyyə potensialı yetərli səviyyədə  koronavirus əleyhinə mübarizəyə cəlb edildi. Bu istiqamətdə mövcud potensialdan istifadə ilə yanaşı, əlavə işlər də görüldü. Qeyd olunmalıdır ki, Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində 20-dən çox yeni laboratoriya və modul tipli 4 xəstəxana tikilərək, istifadəyə verilib. Eyni zamanda, ölkənin ən qabaqcıl 20 xəstəxanası bu məqsəd üçün ayrılıb.

Məlumata görə, modul tipli daha 6 xəstəxananın tikintisi planlaşdırılır. Bununla sayı 10-a çatdırılacaq modul tipli xəstəxanalardan 2-si Bakıda, 8-i isə bölgələrdə açılacaq. Əlamətdar cəhətlərdən biri də budur ki, həmin xəstəxanalardan 4-ü özəl qurumlar tərəfindən maliyyələşdirilir. Bütün bunlar isə koronavirusa qarşı mübarizədə müsbət nəticələrin əldə olunmasını daha da sürətləndirir.

Yenicag.az-a açıqlamasında ölkədə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin nümunəvi xarakter daşıdığını deyən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu hesab edir ki, görülən işlərin gözlənilən nəticə verəcəyini bildirib:

“Koronavirus pandemiyası qlobal xarakter daşıyır və bütün ölkələrin iqtisadiyyatından tutmuş vətəndaşların yaşam tərzinə qədər bütün sahələrə mənfi təsir göstərib.

Azərbaycanda koronavirus əleyhinə aparılan mübarizə bir çox ölkələr üçün örnək ola biləcək səviyyədədir. Qeyd etmək lazımdır ki, Azərbaycanda koronavirusa qarşı mübarizə hələ ölkədə virus yayılmazdan əvvəl başlamışdı.

Məhz vaxtında atılan təsirli addımlar nəticəsində ölkədəki epidemioloji vəziyyəti tam  nəzarətə götürmək mümkün oldu. Müxtəlif laboratoriyaların və xəstəxanaların, o cümlədən, modul tipli xəstəxanaların qısa müddətdə inşa edilərək, istifadəyə verilməsi görülən işlərin effektini xeyli artırıb.

Atılan addımlar bunu deməyə əsas verir ki, Azərbaycanda yaxın vaxtlarda koronavirusun yayılma sahəsi tam lokallaşdırılacaq”.

Aqil Bəkir

COP29

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv