Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı - FOTO
Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 4 473 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 29 nəfər “COVID-19″dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub.
Bu günə qədər isə ümumilikdə 2 199 939 test icra olunub.