Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı - VİDEO

media-hightechnic-468x90

Siyəzəndə gəncin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Yaxınları bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.

İtkin düşən gəncin atası Kamal Məlikovun sözlərinə görə, oğluna aid telefon və siqaret Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində tapılıb.

Mahmud Məlikovun özünü kanala atdığı ehtimal edilir.

Ətraflı APA TV-nin süjetində:

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600