Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda “ORQAN VƏSİYYƏTİ”: “Qohumları bununla meyitin "incidildiyini" düşünürlər...” - VİDEO

“Bu təcrübə Avropa ölkələrində geniş yayılıb və onlar bu addımı özlərinin son missiyası kimi nəzərdə tuturlar”.

Bəzi insanlar öldükdən sonra orqanlarının tibbi məqsədlər üçün istifadə olunmasını vəsiyyət edirlər. Bu cür vəsiyyət bir sıra inkişaf etmiş ölkələrdə normal qəbul olunur. Azərbaycanda isə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda deyilir ki, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

İlahiyyatçılara görə, orqan bağışlanması və transplantasiyası İslam dinində də qəbul olunandır. Qurani-Kərimin “Maidə” surəsində (32-ci Ayə) bildirilir ki, “Bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır”.

Maraqlıdır ki, cəmiyyətimiz insanın sağlığında orqan bağışlanması vəsiyyətinə hazırdırmı?

Tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, milli-dini mentalitetimiz vətəndaşlarımızın bu məsələyə birmənalı yanaşmasına mane olur:

“Vətəndaşın orqanının bağışlanmasına dair vəsiyyət etməsinə və onun icra olunmasına yönəlik heç bir qadağa yoxdur. Ona görə də, belə vəsiyyətin həyata keçirilməsi cinayət hesab olunmur. Orqanların saxlanması və istifadəsi üçün əlverişli şərait varsa, həmin orqanların ehtiyacı olan insanlara köçürülməsi mümkündür”.

Rasif Bağırov hesab edir ki, bu addım xeyirxah məqsəddən irəli gəlsə də, vətəndaşlarımızın əksəriyyəti dünyasını dəyişdikdən sonra orqanlarının bağışlanmasına meylli deyil:

“Bu təcrübə Avropa ölkələrində geniş yayılıb və onlar bu addımı özlərinin son missiyası kimi nəzərdə tuturlar. Azərbaycanda isə bu məsələyə münasibət birmənalı deyil.

Orqanların vəsiyyət edilməsi çox xeyirxah addım olsa da, vətəndaşlarımızın əksəriyyəti buna fərqli yanaşır. Milli-dini mentalitetimiz fonunda dünyasını dəyişən şəxsin yaxınları və doğmaları da onların meyitinin yarılmasına icazə vermək istəmirlər. Qohumları bununla meyitin “incidildiyini” düşünürlər.

Eyni zamanda, əksər insanların özləri də öləndən sonra orqanlarını kiməsə köçürülməsini istəmirlər. Halbuki orqanların vəsiyyət edilməsi ehtiyacı olan xeyli insanın həyatda qalmasına səbəb ola bilər”.

Onu da qeyd edək ki, Milli Məclisin builki payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin müzakirəyə çıxarılacağı və orqanlarını bağışlayanların vəsiyyətinin rəsmiləşdiriləcəyi gözlənilirdi. Lakin görünən odur ki, Milli Məclisin buraxılması təşəbbüsü bu layihənin müzakirəsini qeyri-müəyyən müddətə təxirə salıb.

Gülşən Şərif

www.yenicag.az

989
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM