Azərbaycanda ov tüfəngləri istehsal olunacaq
«Turac» ov tüfəngləri sərgidə nümayiş etdirilib
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) iki növ ov tüfənginin istehsalına başlayıb.
Ov tüfənglərinin nümunələri bu gün Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş sərgidə nümayiş etdirilib.
Nazirliyin nümayəndəsi Ərəb Yusifov bildirib ki, «Turac» adlı ov tüfənglərindən biri qoşalülə, digəri isə yarımavtomatdır. Hər iki tüfəng 12 kalibrli patronlardan atəş açır. Yarımavtomat tüfəngin çəkisi 3 kiloqram, qoşalülə tüfəngin çəkisi isə 3,5 kiloqramdır.
Ov tüfənglərinin yaxın vaxtlarda satışa çıxarılması planlaşdırılır.
MSN ov tüfəngləri ilə yanaşı, ov tüfəngləri üçün müxtəlif sursatlar, o cümlədən «Qartal» markalı ilə patronlar istehsal edir(apa).