Azərbaycanda oynamış futbolçuya ömürlük cəza – Separatçılığa görə

Artyom Yevlanov və Sergey Artyux Ukrayna Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilib.

Buna səbəb adıçəkilənlərin qondarma Donetsk Xalq Respublikasının yığmasında oyun keçirməsidi.

Donetskdən olan Artyuxun soyadı azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. O, 2008-2009 aralığında “Simurq”da, 2011-ci ildə “Turan”da, 2012-ci ildə isə “Rəvan”da oynayıb.

Azərbaycanda oynamış futbolçuya ömürlük cəza -

Yeniçağ.az