“Pul köçürmələrinin sürətli həyata keçirilməsi istehlakçıların tələbidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Mastercard”ın Azərbaycanda bazar payına toxunan “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal jurnalistlərə açıqlamasında deyib.
O, vurğulayıb ki, “Mastercard” şirkəti Azərbaycandakı bankların hər biri ilə əməkdaşlıq edir:
“Hazırda şirkətin Azərbaycan bazarında payı 50 faiz təşkil edir. Pul köçürmələrində 4 bankla müqavilə imzalanıb. İlk razılaşma “Muğanbank”la baş tutub. Bu gün “Muğanbank” ölkə xaricinə pul köçürmələrini 30 dəqiqə ərzində həyata keçirə bilir və dünyanın istənilən ölkəsinə pul köçürmək mümkündür. Qarşıdakı dövrdə bu xidməti daha da təkmilləşdirməyi düşünürük. Çünki pul köçürmələrinin sürətli həyata keçirilməsi istehlakçıların tələbidir. Bura ölkə xarici ilə yanaşı, ölkədaxili əməliyyatlar da daxildir. Xüsusən də pandemiya dövründən sonra bir çox sahələr elektron ticarətə üstünlük verməyə başladı. Bu proses Azərbaycanda da sürətləndi”.
Gülşən Şərif
www.yenicag.az