Azərbaycanda parklanmanın idarə edilməsinə dair mobil tətbiq təqdim edildi

media-hightechnic-468x90

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin (“AzParking”) təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, yeniliyi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.

Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.

“Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq”, – deyə A.Rzayev əlavə edib./report/

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600