Azərbaycanda quş qripi yayıla bilər

media-hightechnic-468x90

1417213163_1341161297_ripimeksikaTürkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycana quş ətinin idxalı dayandırılıb. Hətta Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova bununla bağlı sərəncam imzalayıb. Amma bütün bu tədbirlərə baxmayaraq quş qripinin Azərbaycana yayılması mümükündür. Ekspertlər hesab edir ki, yaz fəsli olduğundan quşların köçü aktiv mərhələyə keçib. Odur ki, quş qripi Azərbaycanla yanaşı digər ölkələrə də keçə bilər.

İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov AzVision.az-a bildirib ki, quş qripi istənilən ölkəyə yayıla bilər. Ekspertin sözlərinə görə, tək Türkiyədən quş ətinin idxalını dayandırmaqla quş qripinin ölkəyə keçməsinin qarşısını almaq absurd olar. Çünki Türkiyə qonşu ölkə olduğundan və bu fəsildə quşların köçü başladığından quş qripöinin də ölkəyə keçmə ehtimalı var:
“ Köçəri quşların fəal dövrü başlayıb. Ona görə də quş ətinin idxalını dayandırmaqla quş qripinin qarşısını almaq mümükünsüzdür. Çünki qonşu ölkə olduğundan demək olar ki, quş qripi də bizim sərhəddədir. Yalnız, bununla bağlı nəzarət gücləndirilməlidir. Hökumət nümayəndələri zirək olamlı və bütün lazımı addımları atmalıdır ”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qeyd edib ki, quş qipi yayılan gündən Azərbaycana Türkiyədən quş ətinin idxalı dayandırılıb. Hazırda Braziliyadan, İrandan quş əti alındığını deyən Yolçu Xanvəlinin sözlərinə görə, hansı ölkədə epizootik vəziyyət pis olsa quş ətinin idxalına qadağa qoyulacaq:

“Bildiyinz kimi yanvar ayından Böyük Britaniya, Almaniya, Hollandiya, Bolqarıstanda və Polşada bu xəstəlik qeydə alındığından həmin ölkələrə də məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyət bu gün də öz qüvvəsində qalır.

Türkiyədə quş qripi yayıldığı gündən Azərbaycana quş əti məhsulları gətirilmir. Xəstəlik yayıldığı gündən Türkiyənin özü də həmin ərazilərdən quş əti məhsullarına qadağa qoyub. Həmin ərazidə müdafiə sistemi yaradılıb. Azərbaycana gətirilən məhsullar isə Dövlət Baytarlıq Xidmətinin icazəsi olmadan ölkəyə buraxılmır. Xaricdən gətirilən bütün ətlərdən nümunələr götürülür və laboratoriyada yoxlanılır. Onlar sənədlə gəlməklərinə baxmayaraq yenidən yoxlama aparılır” .

azvision.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600