Azərbaycanda taksilərdən istifadə edənlərin sayı azaldı

media-hightechnic-468x90

Ötən illə müqayisədə Azərbaycanda taksilərdən istifadə edən sərnişinlərin sayı 2 faiz azalıb.

Yenicag.az xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 272,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Ətraflı
2021-ci ilin eyni dövründə isə taksilərdən istifadə edən sərnişinlərin sayı daha çox olub. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 6,3 milyon sərnişin daşınıb. Avtomobil nəqliyyatı üzrə sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600