!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda toy yasa çevrildi: Ürəyindən bıçaqlanıb öldürüldü

!Reklam – Yazi

Şirvan şəhərində toyda qətl törədilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Salyan rayon sakini Abışov Azər Yusif oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.

Qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində baş verib.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb. Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.

Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində də qətl hadisəsi qeydə alınıb.

Rayon sakini 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlu şəxsi münaqişə zəminində rayon sakini 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğlunu bıçaqlayaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs isti izlərlə saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29

www.yenicag.az

3254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv