Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda toydan çıxan maşınlar toqquşdu - Ölən və yaralananlar var

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, toy mərasimindən çıxan “OKA”, “Zaporojets” və “VAZ” markalı avtomobillər Bəşirabad-Dəliməmmədli yolunda toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 10-dan çox adam yaralanıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri ölüb.

Yaralananlardan 8-nin adı məlum olub. Bunlar aşağıdakılardır:

Orxan Sərvan oğlu Süleymanov (1997)
Şəbnəm Sabit qızı Quliyeva (1999)
Sadəgül Həsən Qızı Bayramova (1991)
Nüşabə Məmmədova (1988)
Ramin Nazim oğlu Əliyev (1986)
Hüseyn Sadiq oğlu Quliyev (2002)
Şəbnəm Mehman Qızı (1992)
Kənan Novruz oğlu Məmmədov (2003)

Loading...

www.yenicag.az

2083
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100