Azərbaycanda ÜDM 1,3 faiz artıb

media-hightechnic-468x90

Cari ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa