!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda uşaqlara da vaksin vurulacaq?

!Reklam – Yazi

“Azyaşlılara vaksin vurulması ilə bağlı məsələ müzakirə edilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva “TƏBİB məsləhəti” rubrikasında ÜST-ün uşaqlara vaksin vurulması ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

O bildirib ki, hazırda Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən vaksinasiyaya 18 yaşından yuxarı və əks göstəriş olmayan şəxslər cəlb edilir:

“Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, hazırda ölkədə vaksinasiya prosesi təyin edilən strategiyaya uyğun şəkildə aparılır. 18 yaşdan aşağı şəxslərə vaksin vurulması qadağandır. Azyaşlılara isə müvafiq dövrlərdə peyvəndlər vurulur. Bu gün bu istiqamətdə danışıqlar davam edir. Əgər bu azyaşlılara vaksin vurulması ilə bağlı hər hansı qərar qəbul edilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv