Azərbaycanda yanğın - Bir ailənin 5 üzvü xəsarət aldı

media-hightechnic-468x90

Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, yerli sakin Eminov Elman Səfa oğluna məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü – İmişli rayon sakinləri – 1988-ci il təvəllüdlü Əsədov Anar Binyət oğlu, 1985-ci il təvəllüdlü Hüseynova Qəndab Adışirin qızı, 2011-ci il təvəllüdlü Əsədova İlahə Anar qızı, 2015-ci il təvəllüdlü Əsədova Günay Anar qızı, 2017-ci il təvəllüdlü Əsədov Binyət Anar oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisəyə ilkin səbəb kimi televizorun partlaması bildirilir.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05