Azərbaycanda yeni duz yataqları istifadəyə veriləcək

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır.

Yenicag.az xəbər verir ki, işlərə gələn ildən başlamaq planlaşdırılır: “İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq”.

O bildirib ki, MMC-nin orta müddətli planlarına Naxçıvan duzunun satışı üzrə yeni mərkəzlərin açılışı daxildir: “Satışların əsas mərkəzi Bərdədə yerləşir, amma biz həmçinin yaxın yarım ildə satış nöqtələrinin şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Hesablamalarımıza görə, belə mərkəzlərin daha çox Azərbaycanın şimal və cənub regionlarında açılması gözlənilir”.

Qeyd edək ki, “Naxçıvan Duz İstehsalı” MMC xörək duzu və texniki duz istehsal edir./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa